22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Putin Ərdoğana başsağlığı verib
Tarix: 14-11-2022 12:37 | Bölmə: Manşet

Rusiya prezidenti İstanbulda baş verən terror aktının nəticələri ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Vladimir Putin terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə Rusiya və türk tərəfdaşları arasında ən yaxın əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib.
Bu barədə mətni noyabrın 14-də Kremlin saytında dərc olunan teleqramda deyilir.
Noyabrın 13-də günorta saatlarında İstanbulun mərkəzində yerləşən İstiqlal piyada turist küçəsində partlayış baş verib. 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
Yerli KİV-in məlumatına görə, təşkilatçı saxlanılıb. Türkiyə Daxili İşlər Nazirliyi partlayışın arxasında Suriyadan olan Kürd Fəhlə Partiyasının (PKK) tərəfdarlarının olduğunu bildirib. Hakimiyyət təşkilatçılara və onu həyata keçirənlərə sərt cavab vəd edib.



Baxış sayı: 211


Bölməyə aid digər xəbərlər