22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İranda Məhsa Əmini etirazlarında ilk ölüm hökmü verilib
Tarix: 14-11-2022 10:18 | Bölmə: Manşet


İranda ilk ölüm hökmü Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərə görə verilib.
Sabaha-inamla.az  Iran mətbuatına istinadən xəbər verir ki,İranın Ədliyyə Təşkilatı paytaxt Tehranda Əmini etirazlarına qatılan nümayişçilərdən birinin edam cəzasına məhkum edildiyini açıqlayıb. Bildirilib ki, Tehran İnqilab Məhkəməsi İran Ədliyyə Sisteminin sədri Qulamhüseyin Muhsin Ejeinin göstərişi ilə 6 nümayişçi haqqında ədalətli və tez qərar verib, ictimai təhlükəsizliyi pozmaq və dövlətə qarşı müharibə aparmaq ittihamı ilə həbs edilən 6 nəfərdən 1-i edam cəzasına məhkum edilib. Digər 5 nümayişçiyə isə 5 ildən 10 ilə qədər həbs cəzası verilib.
Qeyd olunub  ki, edama məhkum edilən nümayişçi dövlət binasını yandırmaq  ittihamı ilə həbs edilib. İnqilab Məhkəməsinin verdiyi hökmlərdən apellyasiya şikayəti verilə biləcəyi açıqlanıb.



Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər