22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Partiyasız vəkil Nataşa Pitrc-Musar Sloveniya prezidenti oldu
Tarix: 14-11-2022 02:58 | Bölmə: Manşet

Sloveniyanın Dövlət Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səslərin 99,95 faizinin hesablanmasından sonra partiyadan kənar namizəd, hüquqşünas Nataşa Pirc-Musarın öndə olduğunu açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,TASS-ın məlumatına görə, o, demək olar ki, 54 faiz, rəqibi, Sloveniyanın keçmiş xarici işlər naziri Anze Loqar isə 46 faizdən bir qədər çox səs toplayır.
Nataşa Pirc-Musar artıq qələbəsi münasibətilə Sloveniya Respublikasının Baş naziri Robert Qolobdan təbrik alıb və o vurğulayıb ki, bu qələbə “demokratiyanın əsas elementlərinə: insan hüquqlarına, qanunun aliliyinə, müstəqilliyə hörmətin sübutudur”.
Yekun nəticələr noyabrın 29-da elan olunacaq. Seçilmiş prezident bu il dekabrın 23-də, indiki dövlət başçısı, iki müddət bu vəzifədə olmuş Borut Pahorun səlahiyyətləri başa çatdıqdan sonra səlahiyyətlərinin icrasına başlayacaq. Konstitusiyaya görə, fəaliyyətdə olan prezident üçüncü dəfə prezidentliyə namizəd ola bilməz.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər