22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İndoneziya prezidenti Rusiyaya qarşı daha az sərt ritorikaya çağırıb
Tarix: 13-11-2022 20:01 | Bölmə: Manşet

İndoneziya prezidenti Coko Vidodo və ölkədəki digər siyasətçilər Qərb liderlərini G20 sammitində Rusiya ilə bağlı ritorikanı yumşaltmağa çağırıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə “Politico” vəziyyətlə tanış olan diplomatlara istinadən yazır.
Xatırladaq ki, G20 sammiti bu il İndoneziyada Bali adasında keçirilir.
"Amerika, Avropa, Avstraliya və Yaponiya rəsmiləri... İndoneziyalı həmkarlarının, xüsusən də prezident Coko Vidodonun təzyiqi altındadır", - nəşr qeyd edir.
Xüsusilə, Vidodo Qərb liderlərindən çeviklik nümayiş etdirmələrini və daha az sərt ritorikadan istifadə etməyi düşünmələrini istəyir. İndoneziya ümid edir ki, bunun sayəsində Moskva görüşün sonunda kommünike ilə razılaşacaq.
Mənbələr bildirir ki, Vidodo görüşdən sonra liderlərin birgə bəyanatını “şəxsi uğur” kimi qiymətləndirəcək, o, özünü tarixin “ən çətin” G20 sammitinin sədri hesab edir.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər