22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Sallivan deyir ki, ABŞ Şimali Koreyanın nüvə sınağına cavab verəcək
Tarix: 13-11-2022 19:22 | Bölmə: Manşet

ABŞ, həmçinin Yaponiya və Cənubi Koreya KXDR-in mümkün nüvə sınağına cavab verəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Üç lider həqiqətən də Şimali Koreyanın yeddinci nüvə sınağı keçirəcəyi təqdirdə birgə cavab tədbirləri koordinasiya edib... komandalar bu cavabın təfərrüatlarını işləyəcəklər”, o, brifinqdə deyib.
Sallivan qeyd edib ki, cavab tədbirləri iqtisadi və diplomatik komponentləri, eləcə də təhlükəsizlik tədbirlərini əhatə edəcək.
Bundan əvvəl ABŞ, Yaponiya və Cənubi Koreya liderləri Kambocada keçirilən Şərqi Asiya Sammiti (EAS) çərçivəsində görüşüblər.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər