22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Vilyarreal" Setyeni qovmağa hazırlaşır
Tarix: 09-11-2022 22:33 | Bölmə: Manşet


Yeni məşqçi üç həftə də işləmədi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,İspaniyanın “Vilyarreal” klubunun baş məşqçisi Kike Setyen postunu itirə bilər. Mütəxəssis klubda cəmi üç həftə çalışıb.
Quique Setien oktyabrın 25-də Vilyarrealın baş məşqçisi təyin edilib. Klub ümid edirdi ki, 64 yaşlı mütəxəssis İngiltərənin “Aston Villa”sında işləməyə gedən Unai Emeri layiqincə əvəz edə biləcək. Bununla belə, “Betis” və “Barselona”nın sabiq çalışdırıcısı etimadı doğrultmur.
Setyenin rəhbərliyi altında keçirdiyi dörd matçda Villarreal bir dəfə heç-heçə edib, üçündə isə məğlub olub. Sport Today xəbər verir ki, klub prezidenti Fransisko Roiq yeni məşqçinin vəziyyəti düzəltmək qabiliyyətinə şübhə edir. Noyabrın 9-da "Espanyol"la keçirilməsi planlaşdırılan oyun Setyenin "Sualtı qayıqlar"ın baş məşqçisi kimi sonuncu oyunu ola bilər.



Baxış sayı: 225


Bölməyə aid digər xəbərlər