22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiyalı gimnast Simakova Almaniya vətəndaşlığı almaq niyyətindədir
Tarix: 07-11-2022 23:03 | Bölmə: Manşet


Yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatında iki qızıl medal qazanan rusiyalı qadın Anastasiya Simakova idman vətəndaşlığını dəyişərək Almaniya uğrunda mübarizəyə başlamağı planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə "Stuttgarter Nachrichten" yazır.
Rusiyalı gimnast Simakova Almaniya vətəndaşlığı almaq niyyətindədir.
Nəşrin məlumatına görə, 18 yaşlı rusiyalı gimnastın valideynləri ötən ildən Almaniyanın Nürnberq şəhərində yaşayırlar, Simakova bu yay bura köçüb. Rus qadın artıq alman pasportu alıb və indi alman təlim bazasına qəbul olunmağa hazırlaşır.
“Mən burada məşq etmək istərdim”, - deyə Simakova bildirib.
2019-cu ildə Moskvada keçirilən yeniyetmələr arasında dünya çempionatında iki qızıl medal qazanan gimnast artıq noyabrın 5-də Almaniya Gimnastika Liqası yarışının iştirakçısına çevrilib, lakin onun hələ də idman vətəndaşlığının dəyişdirilməsi ilə bağlı rəsmi təsdiqi yoxdur.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər