22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Qrossmeyster Karjakin dünya çempionatında iştirakdan imtina edə bilər
Tarix: 07-11-2022 21:55 | Bölmə: Manşet

Rusiyalı qrossmeyster Sergey Karjakin Beynəlxalq Şahmat Federasiyası (FIDE) onun Rusiya bayrağı altında oynamasına icazə verməsə, Rapid və Blits üzrə dünya çempionatında iştirak etməyə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,FİDE 2022-ci ildə Rapid və Blits üzrə Dünya Çempionatının Almatıda keçiriləcəyini açıqlayıb. Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç bildirib ki, Karyakinin çempionatda oynamaq hüququ var, ancaq qurumun bayrağı altında.
“Ancaq mənim başa düşdüyüm kimi, Dvorkoviç Rusiya milli komandalarına himni və bayrağı qaytarmaq istəmir, boksda olduğu kimi sanksiyaları qaldıra bilsə də, ləğv etmək istəmir. Baxmayaraq ki, mən buna ümid edirdim. Hər halda, bu, mənim üçün prinsipial məsələdir və mən Rusiya bayrağı olmadan yarışmayacağam”, - qrossmeyster “Match TV”yə şərhində bildirib.
Qeyd edək ki, dekabrın 25-dən 30-dək Qazaxıstanın Alma-Ata şəhərində Rapid və Blits üzrə dünya çempionatı keçiriləcək. Hazırkı dünya çempionları Nodirbek Abdusattorov (rapid) və fransalı Maksim Vaşye-Laqravdır (blits).



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər