22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Liverpul" futbol klubunun nəzarət paketinə sahib olan Amerikanın "Fenway Sports Group" şirkəti klubu satışa çıxarıb
Tarix: 07-11-2022 19:43 | Bölmə: Manşet


2010-cu ildən İngiltərənin "Liverpul" futbol klubunun nəzarət paketinə sahib olan Amerikanın "Fenway Sports Group" şirkəti klubu satışa çıxarıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,söhbət maraqlı tərəflərlə ilkin danışıqlardan gedir.
Fenway Sports Group idmana sərmayə qoyur və Liverpool-dan başqa Amerikanın beysbol liqası klubu Boston Red Sox-un sahibidir. Hazırkı sahiblərin dövründə ingilis klubuna alman Yurgen Klopp başçılıq edirdi.
Komanda alman məşqçi ilə birlikdə 30 ildən sonra ilk dəfə Premyer Liqanın, həmçinin Çempionlar Liqasının, İngiltərə Kubokunun və İngiltərə Liqa Kubokunun qalibi olub. FSG-nin rəhbərliyi altında Enfild stadionu yenidən quruldu və Liverpul yeni baza əldə etdi.
İndi, The Athletic insayderlərinə görə, Fenway Sports Group Liverpool-u almaq təkliflərini dinləməyə hazırdır, lakin klubun satılıb-satılmayacağı hələ dəqiq bilinmir. Banklar Goldman Sachs və Morgan Stanley sövdələşməni təşkil edə bilərlər.
FSG rəsmiləri açıqlamasında bildiriblər ki, Liverpool-un satışına səbəb klubun səhmlərini almaqda maraqlı olan üçüncü şəxslərin tez-tez sorğuları olub: "Şərtlər ona uyğun gələrsə, FSG istənilən variantı nəzərdən keçirəcək və bu, kluba fayda verəcək".



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər