22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Putin Makronu Xirosima və Naqasakiyə nüvə hücumu ilə bağlı qorxutdu
Tarix: 06-11-2022 22:31 | Bölmə: Manşet

Daily Mail yazır ki, Fransa prezidenti Makron Ukraynaya "məqsədli nüvə zərbəsi endirilməsi ehtimalından" narahatdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla söhbətində Xirosima və Naqasakiyə nüvə zərbələrini xatırladaraq Qərb siyasətçilərini təşvişə salıb. Bu barədə “Daily Mail” diplomatik dairələrdəki mənbələrə istinadən yazır.
Mənbələrin məlumatına görə, Putin Yaponiyanın təslim olmasına və İkinci Dünya Müharibəsinin başa çatmasına səbəb olan partlayışların “qalib gəlmək üçün böyük şəhərlərə hücum etmək lazım olmadığını” nümayiş etdirdiyi fikrini ifadə edib”, - qəzet yazır.
ABŞ 1945-ci il avqustun 6-da və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərləri üzərində iki atom bombası partladıb. Bombalamalarda əksəriyyəti mülki şəxslər olmaqla 129-226 min insan həlak olub. Yaponiya avqustun 15-də müttəfiqlərə təslim oldu.
Materialın müəlliflərinin fikrincə, Rusiya münaqişəyə son qoymaq üçün Ukraynada taktiki nüvə silahından istifadə etməyə hazırdır.
"Makron açıq-aydın təşviş içində idi. Bu, Putinin Kiyevi toxunulmaz vəziyyətdə qoyaraq, Ukraynanın şərqində taktiki nüvə silahını partlada biləcəyinə dair çox ağır bir işarə kimi səsləndi.
Bundan əlavə, nəşr qeyd edir ki, prezidentlər ümumilikdə Ukrayna ətrafında dünyada nüvə gərginliyi ilə bağlı vəziyyəti müzakirə ediblər:
"İki prezident, şübhəsiz ki, nüvə silahından istifadə riskini müzakirə ediblər. Putin mesaj vermək istəyir ki, nüvə silahı ilə bağlı Rusiyanın doktrinasına uyğun olaraq bütün variantlar nəzərdən keçirilir", - Daily Mail yazır.




Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər