22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kiyev Ukraynanın 2024-cü ildə Aİ-yə üzv olacağına əminliyini ifadə edib
Tarix: 06-11-2022 22:18 | Bölmə: Manşet

Ukrayna baş nazirinin müavini Olqa Stefanişina əmin olduğunu bildirib ki, Ukrayna 2024-cü ilin sonuna kimi Avropa İttifaqına daxil olmaq prosesini başa çatdıra biləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, bu barədə "Die Welt" nəşrinə müsahibəsində bildirib.
“Biz 2024-cü ilin sonuna kimi Aİ-yə üzvlüyü başa çatdırmaqda qərarlıyıq”, - deyə Ukrayna rəsmisi bildirib.
Nəşr qeyd edir ki, bu halda ölkənin Avropa İttifaqına daxil olması tarixdə ən sürətli olacaq, çünki keçmişdə bu proses "orta hesabla doqquz il" çəkirdi, lakin "Kiyev bu qədər gözləmək istəmir".
İyun ayında Avropa Komissiyası şərtlərin siyahısını dərc edib ki, Ukrayna tərəfindən yerinə yetirilməməsi Kiyevin Aİ üzvlüyünə namizəd statusunu ləğv etmək üçün səbəb ola bilər.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər