22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Real Madrid belçikalı Eden Hazardla ayrılmağa hazırdır
Tarix: 06-11-2022 17:42 | Bölmə: Manşet

Lakin belçikalı yeni klub tapmağa tələsmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Real Madrid belçikalı Eden Hazardı heyətində görmür. "Kral klubu"nun rəhbərliyi 31 yaşlı yarımmüdafiəçi ilə ayrılmağa hazırdır.
Bu mövsüm Hazard İspaniya çempionu üçün cəmi 6 yarımçıq oyun keçirib. Görkəmli futbolçu yarışı Marko Asansio və Rodriqoya uduzub. "Marca"nın məlumatına görə, klub futbolçunu satmaq istəyir.

Amma Edenin özü komandanı tərk etmək fikrində deyil. Bu yaxınlarda o, oğullarını Real Madrid akademiyasına oxumağa göndərib. Hazardın Real Madrid ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
2019-cu ilin yayında Eden Hazard "Real Madrid" tərəfindən "Çelsi"dən 100 milyon avroya alınıb. Lakin Belçika millisinin futbolçusu Madriddə tam gücü ilə oynaya bilməyib. Bunun səbəbləri onun tez-tez aldığı zədələrdədir.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər