22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Barselona"nın və İspaniya millisinin futbolçusu Jerar Pike karyerasını başa vurduğunu açıqlayıb
Tarix: 04-11-2022 12:02 | Bölmə: Manşet


"Barselona"nın və İspaniya millisinin müdafiəçisi Jerar Pike ölkə çempionatının 13-cü turunda "Almeriya" ilə oyundan sonra karyerasını başa vurduğunu açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şənbə günü futbolçu son dəfə mavi qranat rəngli köynəklə meydana çıxacaq.
Pike Kataloniya klubunun yetirməsidir. 35 yaşlı oyunçu "Barselona" ilə birlikdə 8 dəfə İspaniya çempionu olub, 4 dəfə Çempionlar Liqasının qalibi olub. Həmçinin onun kolleksiyasında yeddi İspaniya kuboku və altı Super kubok var. Milli komandanın tərkibində 2010-cu ildə Dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu olub. Pike sosial şəbəkələrdə şənbə günü Camp Nouda keçiriləcək matçın onun sonuncu olacağını açıqlayıb.
“Mən sizə demək istəyirəm ki, bu macəraya son qoymağın vaxtı çatıb.Artıq qərar verdim. Həmişə dediyim kimi, “Barselona”dan sonra komanda olmayacaq. Və belə də olacaq. Şənbə günü bu oyun mənim "Camp Nou"-dakı sonuncu oyunum olacaq”.
Yayın əvvəlində müğənni Şakira, ulduz cütlüyünün pərəstişkarlarını təəccübləndirən Jerar Pike ilə ayrıldığını elan etdi. İfaçı futbolçunun onu aldatdığını, daha sonra ayrılığa həsr etdiyi klipini yayımladığını bildirib.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər