Bütün xəbərlər
Putin orada olsa, Zelenski G20 sammitinə getməyəcək
Tarix: 03-11-2022 21:37 | Bölmə: Manşet

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin iştirak edəcəyi təqdirdə İndoneziyada keçiriləcək G20 sammitində iştirak etməyəcəyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Eyni zamanda, oktyabrın 31-də Rusiya prezidenti qarşıdan gələn sammitdə iştirakı ilə bağlı hələ qərar vermədiyini bildirib.
Bundan əvvəl İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü Teuku Faizaşah bildirib ki, artıq 17 dövlət başçısı noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitində iştirak edəcəyini təsdiqləyib.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər