22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İlham Əliyev Ərdoğana zəng etdi
Tarix: 02-11-2022 19:59 | Bölmə: Manşet

                     İlham Əliyev Ərdoğana zəng etdi



Noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
“Qafqazinfo” xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub.
Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.



Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər