22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Vladimir Putin Rusiya Cüdo Federasiyasının yubileyi münasibətilə təbrik edib
Tarix: 01-11-2022 19:59 | Bölmə: Manşet

Noyabrın 1-də Rusiya Cüdo Federasiyası yubileyini qeyd edir - təşkilatın 50 yaşı tamam olur.

Sabaha-inamla.az "Narodnıe novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin idmançıları, məşqçiləri, mentorları, o cümlədən veteranları və döyüş sənətinin sadiq pərəstişkarlarını bu bayram münasibətilə təbrik edib.
Kremlin rəsmi saytında dərc olunmuş bayram teleqramında dövlət başçısı qeyd edib ki, Rusiya Cüdo Federasiyası belə dinamik və möhtəşəm idman növünün ölkədə ən populyar idman növləri sırasında qalması və milli cüdo məktəbinin olması üçün çox işlər görür, qalibiyyət ənənələrini davam etdirir.
“Cüdonun sistemli, sabit inkişafı üçün şərait yaradılmasında federasiyanın xidmətlərini xüsusilə qeyd edəcəm. Mən ən yaxşı metod və təcrübələrin işlənib hazırlanmasını və istifadəsini, təlim-məşq infrastrukturunun təkmilləşdirilməsini, ölkə və beynəlxalq çempionatların hazırlanıb keçirilməsini, gənclərin, bütöv ailələrin idmana cəlb edilməsi proqramlarının həyata keçirilməsini nəzərdə tuturam”, - deyə, prezident bildirib.
Sonda Putin Rusiya Cüdo Federasiyasının həyat keyfiyyətinin və davamlılığının yaxşılaşdırılması məqsədinə nail olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib və təşkilata yeni qələbələr arzulayıb.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər