22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Türkiyə və Rusiyanın müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə etdilər
Tarix: 11-10-2022 21:17 | Bölmə: Manşet

                       Türkiyə və Rusiyanın müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə etdilər




Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Ukrayna və Suriya müzakirə edilib.
Taxıl daşınmasında uğurlu inkişafın qiymətləndirildiyi danışıqda humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyənin bölgədə sülhün bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğu bir daha ifadə olunub.
Nazir Akar Suriyanın şimalında terror təhlükəsinin və dəhlizinin daimi olaraq qarşısının alınması, terror təşkilatlarının zərərsizləşdirilməsinin əsas prioritet olduğunu deyib. Bu məsələ ilə bağlı əldə edilmiş razılaşmalara əməl olunmasının vacibliyi bir daha vurğulanıb.



Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər