Bütün xəbərlər
Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min ödəmə edildi
Tarix: 06-10-2022 23:13 | Bölmə: Manşet

                     Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min ödəmə edildi




Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 min manat məbləğində birdəfəlik ödəmə təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib. 
O qeyd edib ki, vətəndaş aidiyyəti qurumdan vərəsəsi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub: "Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".
Qeyd edək ki, bir müddət əvvəl şəhid qardaşına şəhid ailə üzvü statusunun verilib-verilməsi müzakirələrə səbəb olmuşdu. Məlumat üçün bildirək ki, şəhidin vərəsəsi ilə şəhid ailə üzvü ayrı anlayışlardır. 
Məsələ ilə bağlı ilk məlumatı modern.az saytı yayıb.










Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər