Bütün xəbərlər
Makron BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağı təklif edib
Tarix: 20-09-2022 20:40 | Bölmə: Manşet

Makron BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağı təklif edib



Fransa Prezidenti Emmanuel Makron BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağı təklif edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edən Makron, Təhlükəsizlik Şurasına yeni daimi üzvlərin daxil edilməsini və kütləvi cinayətlərə qarşı veto hüququnun məhdudlaşdırılmasını təklif edib.
Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransadır.
Bu ölkələrdən əlavə, 10 ölkə qeyri-daimi üzvdür.
Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ var.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər