Bütün xəbərlər
“Türkiyə hər zaman Azərbaycanın yanındadır” - Ərdoğan
Tarix: 13-09-2022 23:05 | Bölmə: Manşet

                     “Türkiyə hər zaman Azərbaycanın yanındadır”


"Qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır və ölkələrimiz həmrəydirlər".
"Qafqazinfo" xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı bildirib.
Türkiyə Prezidenti Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar dövlət başçısına, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər