Bütün xəbərlər
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışıb
Tarix: 05-09-2022 23:27 | Bölmə: Manşet

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışıb




5 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər regional vəziyyət, o cümlədən münasibətlərin normallaşması səyləri, ikitərəfli gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə istinad edib və görüş nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin layihə mətnlərinin hazırlanması üçün verilən tapşırıqdan irəli gələrək Azərbaycanın buna hazır olduğunu bildirib.
Nazir, həmçinin Azərbaycanın sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar atdığını qarşı tərəfin diqqətinə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlıq, gündəliyinə daxil olan məsələlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
İkitərəfli təmasların bundan sonra da davam etdirilməsinə dair razılıq ifadə edilib.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər