Bütün xəbərlər
“Təhsil ictimaiyyəti adından ölkə başçısına təşəkkür edirik” - Nazir
Tarix: 28-07-2022 21:51 | Bölmə: Manşet

“Təhsil ictimaiyyəti adından ölkə başçısına təşəkkür edirik”



Təhsil naziri Emin Əmrullayev nazirliyin adının dəyişdirilməsi ilə bağlı paylaşım edib.
"Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir: 
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fərman imzalamışdır. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılmış, Elm və Təhsil Nazirliyinin tabeliyində iki agentliyin yaradılması və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra strukturlarının Nazirliyin tabeliyinə verilməsi nəzərdə tutulmuşdur. Elm və təhsilin inkişafı naminə verilmiş Fərmana görə ölkə başçısına təhsil ictimaiyyəti adından təşəkkür edirik".


Baxış sayı: 369


Bölməyə aid digər xəbərlər