Bütün xəbərlər
Prezident sərəncam imzaladı
Tarix: 27-07-2022 14:28 | Bölmə: Manşet

                       Prezident sərəncam imzaladı



Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. 
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Sabunçu rayonunun Bakıxanov, Kürdəxanı, Maştağa, Ramana və Sabunçu qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 7,5 milyon (yeddi milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 
Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. 
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 


Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər