İnam Kərimov Tərtərdə vətəndaşları qəbul etdi - Foto
Tarix: 23-07-2022 16:00 | Bölmə: Manşet

                      İnam Kərimov Tərtərdə vətəndaşları qəbul etdi


Kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 23-də Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tərtər, Bərdə və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
“Qafqazinfo” xəbər verir ki, İnam Kərimov Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 63 nəfərin müraciətinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək.






Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər
17-08-2022, 21:06 Quterreş Lvova getdi