Bütün xəbərlər
Gürcüstan XİN rəhbəri: Regionda sülh üçün birgə səylərimiz öz nəticəsini verəcək
Tarix: 16-07-2022 14:42 | Bölmə: Manşet

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili



Regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək.
APA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili "Twitter"də bildirib.
“Tbilisinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşə ev sahibliyi etməsini görməkdən çox qürur duyuram. Əminəm ki, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək”, - Gürcüstan XİN başçısı vurğulayıb.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər