Bütün xəbərlər
Mikayıl Cabbarov Gürcüstan regionunun qubernatoru ilə görüşdü - Fotolar
Tarix: 14-07-2022 01:04 | Bölmə: Manşet

                   Mikayıl Cabbarov Gürcüstan regionunun qubernatoru ilə görüşdü


Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Bu haqda “Qafqazinfo”ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovla Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili arasında görüş keçirilib.
İqtisadiyyat naziri Azərbaycanın dost və qonşu Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Vurğulanıb ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələrində fəal iştirak edir. Gürcüstandakı soydaşlarımızın kompakt yaşadığı Kvemo-Kartli regionunda Azərbaycan şirkətləri tərəfindən iri layihələr həyata keçirilir, iş yerləri yaradılır.
Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb.
Görüşdə ölkələrimizin regionları arasında əlaqələrin, iqtisadi-ticarət əməkdaşlığının inkişafı, birgə layihələrin icrası barədə fikir mübadiləsi aparılıb.
Sonra Gürcüstanın Kvemo Kartli regionunun və ölkəmizin bölgələri arasında (Şəmkir – Marneuli, Ağstafa – Qardabani, Göygöl – Bolnisi, Daşkəsən – Dmanisi) qardaşlaşma haqqında anlaşma memorandumları imzalanıb. Sənədlərdə nəqliyyat, İKT, mədəniyyət, turizm, sahibkarlıq, şəhər planlaşdırması, enerji səmərəliliyi, gənclər və idman, tullantıların idarə olunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi və s. məsələlər əks olunub.






Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər