Bütün xəbərlər
Əli Əsədov Yaponiyaya başsağlığı verdi - Foto
Tarix: 14-07-2022 00:12 | Bölmə: Manşet

                    Əli Əsədov Yaponiyaya başsağlığı verdi


Baş nazir Əli Əsədov iyulun 13-də Yaponiyanın ölkəmizdəki səfirliyinə gedərək görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, Baş nazir səfirlikdə açılan matəm kitabına Şinzo Abenin ona edilən sui-qəsd nəticəsində ölümü xəbərinin sarsıntı və dərin kədər hissi ilə qarşılandığını yazıb.
Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şinzo Abenin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğu qeyd edilib. Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında onun böyük xidmətləri təqdir edilib.
Həmçinin mərhumun ailəsinə və yaxınlarına, dost Yaponiya xalqına dərin hüznlə başsağlığı verilib.






Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər