Bütün xəbərlər
Papa bu tarixdə Ukraynaya gedə bilər
Tarix: 09-07-2022 02:27 | Bölmə: Manşet

                     Papa bu tarixdə Ukraynaya gedə bilər


Roma Papası Fransisk avqustda Ukraynaya səfər edə bilər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Vatikanın beynəlxalq əlaqələr üzrə katibi Riçard Paul Qallaqer açıqlama yayıb.
“Papa son dərəcə əmindir ki, gedə bilsə, müsbət nəticələr əldə edəcək. O, Ukraynaya gedəcəyini və Moskvaya səfər etmək, Rusiya hakimiyyəti ilə görüşmək istədiyini bildirib.”, -Vatikanın sözçüsü qeyd edib.
“Papa iyulun sonunda səfər edəcəyi Kanadadan qayıdandan sonra Kiyevə gedə bilərmi” sualına Qallaqer belə cavab verib:
“Bəli, inanıram ki, Kanadadan qayıdandan sonra biz bu imkanı ətraflı şəkildə öyrənməyə başlayacağıq”.


Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər