Bütün xəbərlər
“Meşəni yandırmağa görə ölüm cəzası olmalıdır” - Ərdoğan
Tarix: 25-06-2022 03:44 | Bölmə: Manşet

                     “Meşəni yandırmağa görə ölüm cəzası olmalıdır”



“Əgər cəza çəkindiricidirsə, meşəni yandırmağa görə ölüm cəzası olmalıdır”.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarından danışarkən deyib.
“Bu, çəkindirici cəzadır və mən deyirəm, bunun sonu hara gedir? Edama…Edam olmalıdır... Sultan Fateh nə deyirdi? “Meşələrdən bir ağac kəsənin boynunu vuraram”. Bu iş o dərəcədə vacibdir. Bütün meşələr yanır, meşələrlə yanaşı, heyvanlar da yanır. Bunu müzakirə etmək lazımdır və biz bunun üzərində dayanmalıyıq”, - deyə Ərdoğan qeyd edib.


Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər