Bütün xəbərlər
Azərbaycanlı nazir müavini BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçildi
Tarix: 17-06-2022 23:23 | Bölmə: Manşet

                     Azərbaycanlı nazir müavini BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçildi



Bu gün ABŞ-ın Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 39-cu iclası çərçivəsində BMT-nin İnsan Hüquqları Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.
Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Seçkilərdə Komitədə mövcud olan 9 vakant yer uğrunda 17 ölkənin namizədi, o cümlədən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov mübarizə aparıblar.
173 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi 94 səs toplayaraq Komitənin üzvü seçilib.
Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş BMT-nin İnsan Hüquqları Komitəsi Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının tərəf dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir.
18 üzvdən ibarət olan Komitəyə Azərbaycan nümayəndəsi ilk dəfədir seçilir.
Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsinin bu mötəbər quruma seçilməsinə dəstək vermiş bütün dövlətlərə öz minnətdarlığını bildirir.


Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər