Bütün xəbərlər
“Azərbaycan bərpaolunan enerji növlərinin habına çevrilməkdədir”
Tarix: 16-06-2022 14:30 | Bölmə: Manşet

                   “Azərbaycan bərpaolunan enerji növlərinin habına çevrilməkdədir”



“Azərbaycan “yaşıl”, bərpaolunan enerji növlərinin habına çevrilməkdədir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumundakı çıxışında bildirib.
Bərpaolunan enerji növlərinin dünyanın gələcəyi olduğunu vurğulayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri deyib: “Azərbaycan təkcə malik olduğu təbii resurslara və ənənəvi enerji daşıyıcıları ehtiyatlarına arxalanmır, həm də yeni texnologiyaların işlənməsinə böyük investisiyalar qoyur. Bu isə planetimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, Azərbaycan enerji daşıyıcılarının Avropaya hər hansı siyasi təzyiqdən azad alternativ tədarük mənbəyinə çevrilib.


Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər