22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Batabat yaylağında Milli Qurtuluş Gününə həsr olunan tədbir keçiriləcək
Tarix: 09-06-2022 22:46 | Bölmə: Manşet


İyunun 12-də muxtar respublikanın füsunkar guşələrindən olan Batabat yaylağında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçiriləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbirdə rayonda fəaliyyət göstərən musiqi məktəblərinin 2021-2022-ci tədris ilinin yekun konserti olacaq.
Bununla yanaşı, ailə təsərrüfatlarının iştirakı ilə “Göycə festivalı” keçiriləcək, milli mətbəximizə aid nümunələr hazırlanaraq satışa çıxarılacaq. Muxtar respublikaya gələn turistlər üçün də yaxşı istirahət, gəzinti və əyləncə imkanı olacaq tədbirdə müxtəlif iaşə xidmətləri də göstəriləcək.
 



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər