Bütün xəbərlər
Volodimir Zelenski "Beynəlxalq Karl mükafatı"na layiq görülüb
Tarix: 04-06-2022 23:24 | Bölmə: Manşet


Ukrayna Prezidenti Volodimir Zelenski "Beynəlxalq Karl mükafatı"na layiq görülüb.
“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.
Onun bu nüfuzlu mükafatla təltif olunması barədə qərarı Beynəlxalq Karl Mükafatı Fondu qəbul edib.
Bildirilib ki, əlverişli şərait yaranan kimi mükafat Kiyevdə Ukrayna liderinə təqdim olunacaq.
Xatırladaq ki, "Beynəlxalq Karl mükafatı" Avropanın ən nüfuzlu mükafatlarından biridir. 1950-ci ildən başlayaraq bu mükafatla Avropanın birləşməsi, demokratik dirçəlişi və vahidliyi uğrunda fövqəladə xidmətləri olan ümumdünya işgüzar beynəlxalq təşkilatları və görkəmli siyasi xadimləri təltif olunurlar. Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill, Almaniyanın ilk kansleri Konrad Adenauer və digərləri bu mükafata layiq görülənlər sırasındadır.


Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər