Bütün xəbərlər
Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyinin “Zəfər Tariximizi Yaşadaq” layihəsinin icrası yekunlaşıb
Tarix: 28-04-2022 23:44 | Bölmə: Manşet

Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyinin “Zəfər Tariximizi Yaşadaq” layihəsinin icrası yekunlaşıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin məqsədi Azərbaycan həqiqətlərinin, 44 günlük vətən müharibəsi dövrünün, zəfər tariximizin təbliği istiqamətində tədbirlər keçirmək, gənclər arasında təbliğat-təşviqat işləri aparmaqdan ibarətdir. Layihə çərçivəsində 4 rayonda – Qax, Zaqatala, Oğuz və Şəkidə seçilmiş 4 məktəbdə, gənclər arasında mədəni tədbirlər keçirməklə Azərbaycanın bu tarixi zəfərini, milli-mənəvi dəyərləri və vətənpərvərlik hissini aşılamaq nəzərdə tutulmuşdur.
Belə ki, yekun tədbir 15 aprel 2022-ci il tarixindəQax rayonunda– Heydər Əliyev Mərkəzində keçirilib.Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiriVəfa Heydərova, İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri üzrə İşin Təşkili şöbəsinin müdiri Malik Həmzəyev,Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova,müəllimlər, məktəblilər, Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri olmaqla, 120 nəfər iştirak edib. Tədbir İB-in sədri Bahar Məmmədovanın çıxışı ilə başlayıb. O, Açılış mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Dəvət olunmuş qonaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Daha sonra layihənin təlimçisi Qərənfil Rəhmanova zəfər tarixi ilə bağlı çıxış edib və videoçarx təqdim edib. Tədbir müddətində layihə köməkçisi Seyfəddin Rəhimov və qazilərə də söz verilib. Daha sonra məktəb şagirdlərinin və dəvət olunmuş sənətkarların hazırladığı bədii hissə, rəqs və mahnılar təqdim olunub.
Sonda Bahar Məmmədova hər kəsə iştirak etdiyi üçün təşəkkür edib və iştirakçılar üçün çay-kofe təşkil edilib.
Qeyd edək ki, layihə 1 fevral 2022-ci il tarixindən 1 may 2022-ci il tarixinə qədər müddəti əhatə edir.
Sabaha-inamla.az










Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər