Bütün xəbərlər
130-dan çox hakimə rəsmi xəbərdarlıq edilib
Tarix: 22-04-2022 23:59 | Bölmə: Manşet

                 130-dan çox hakimə rəsmi xəbərdarlıq edilib


“Qaynar Xəttə” daxil olan müraciətlərin araşdırılması nəticələri üzrə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə təkcə ötən il 130-dan çox hakimə rəsmi xəbərdarlıq edilib və bu, onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar belə pozuntulara görə isə intizam icraatları başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında bildirilib.
Bununla yanaşı, yuxarı məhkəmələr təcrübəli və peşəkar hakimlərlə möhkəmləndirilib, o cümlədən ötən il bütün apellyasiya məhkəmələrinin sədrləri dəyişdirilib.


Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər