23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Papa Rusiya-Ukrayna müharibəsində tərəf tutmayacaq
Tarix: 07-04-2022 23:53 | Bölmə: Manşet

                     Papa Rusiya-Ukrayna müharibəsində tərəf tutmayacaq



Roma Papası Fransisk Kiyevə səfəri vəziyyətində münaqişədə tərəf tutmayacaq.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Vatikanın dövlət katibi (hökumət başçısı) kardinal Pyetro Parolin bildirib.
"Əlbəttə ki, Papa həmişə olduğu kimi bu və ya digərinin lehinə mövqe nümayiş etdirməyəcək”, - Parolin qeyd edib.
Qeyd edək ki, daha əvvəl Papa Ukraynaya səfər edə biləcəyinə dair qeyri-müəyyənliyini ifadə edib. Onun sözlərinə görə, o, səfərə hazırdır, lakin bunu bacarıb-bacarmayacağını bilmir.
Xatırladaq ki, Roma Katolik Kilsəsinin rəhbəri dəfələrlə Ukraynada atəşkəsin lehinə çıxış edib və münaqişənin diplomatik yolla həllinə çağırıb. O, ukraynalı qaçqınlara dəstəyini ifadə edib və öz emissarları vasitəsilə yardım göndərib.


Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər