23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Tarix: 31-03-2022 23:58 | Bölmə: Manşet


   Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ankara, Qazi və İstanbul Texnik universitetlərinin rektorları ilə görüşüb.
    Ali Məclisin Sədri qardaş Türkiyənin ilk yerlərdə olan universitet rektorlarının Naxçıvana səfərindən məmnunluğunu bildirib, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa görə qonaqlara təşəkkür edib. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına toxunan Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkib və təhsilin hər bir ölkə üçün strateji sahə olduğunu bildirib. Ali Məclisin Sədri “Elm paylaşıldığı zaman daha da çoxalır”,- fikrini xatırladaraq ali təhsil müəssisələri arasındakı əməkdaşlığın bu baxımdan faydalı olacağını vurğulayıb.
    Səmimi qəbula görə minnətdarlıq edən Ankara Universitetinin rektoru, professor doktor Nəcdət Ünüvar Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrdən, eləcə də ölkələrimiz arasındakı dostluq və qardaşlıqdan bəhs edib. Naxçıvana altı il öncəki səfərini xatırladan rektor ötən dövrdə muxtar respublikada əldə olunan inkişafı yüksək dəyərləndirib, səfərin təhsil sahəsindəki əlaqələrə mühüm töhfə verəcəyini vurğulayıb.
    İstanbul Texnik Universitetinin rektoru, professor doktor İsmayıl Koyuncu və Qazi Universitetinin rektoru, professor doktor Musa Yıldız da Naxçıvanda olmaqdan məmnunluqlarını bildirib, Naxçıvan Dövlət Universiteti ilə əlaqələrdən danışıblar.
   Sonda xatirə şəkli çəkdirilib.

Sabaha-inamla.az






Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər