23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Zelenski: “Əsir mübadiləsi üçün müharibənin sonunu gözləməyə lüzum yoxdur”
Tarix: 27-03-2022 23:48 | Bölmə: Manşet

Volodimir Zelenski



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya mətbuatına müsahibə verib.
APA-nın xəbərinə görə, dövlət başçısı Ukraynadakı hərbi əsirlərin Rusiya tərəfini çox da maraqlandırmadığını iddia edib.
“Siyahı tərtib edilir. Bildiyimə görə hərbçilərimiz siyahıları tərtib edirlər. Əsirlərin siyahısı var. Bilmirəm bu onları maraqlandırırmı? Düşünürəm ki, siyasətçiləri çox da maraqlandırmır. Mən sadəcə olaraq bu siyahının Rusiya tərəfinə lazım olduğuna əmin deyiləm” – deyə Zelenski bildirib.
Ukrayna rəhbəri bildirib ki, əsirlərin mübadiləsi üçün müharibənin başa çatmasını gözləməyə lüzum yoxdur: “Ümumi qəbul edilmiş qanunlara uyğun davranmaq mütləq deyil.... Bu gün nə qədər əsir varsa dəyişək. Onun ona, on birin onbirə tipdə ölçməyək” – deyə dövlət başçısı vurğulayıb.
Zelenski həmçinin bildirib ki, rus hərbçilərin cəsədlərinin Ukraynada qalmasını istəmir və meyitlərin öz yaxınlarına təhvil verilməsinin tərəfdarıdır.


Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər