22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Putin Ərdoğanı Rusiya-Ukrayna danışıqları barədə məlumatlandırıb
Tarix: 17-03-2022 21:46 | Bölmə: Manşet

                     Putin Ərdoğanı Rusiya-Ukrayna danışıqları barədə məlumatlandırıb



Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın telefon danışığı ilə bağlı məlumat yayıb. 
“Qafqazinfo” xəbər verir ki, məlumatda deyilir: 
“Xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı vəziyyətin inkişafının müxtəlif aspektləri müzakirə edilib. Vladimir Putin həmçinin Rusiya və Ukrayna nümayəndələrinin danışıqlarının gedişi barədə Ərdoğanı məlumatlandırıb”. 
Ərdoğan da öz növbəsində Rusiya və Ukrayna arasında danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, əgər daimi atəşkəs elan olunarsa, o zaman uzunmüddətli nizamlanmaya yol açılacaq.
Bundan əlavə, Ərdoğan Rusiya və Ukrayna prezidentlərini Ankara və ya İstanbulda qəbul etməyə hazır olduğunu bir daha təsdiqləyib.



Baxış sayı: 435


Bölməyə aid digər xəbərlər