Bütün xəbərlər
“Putinə deyin, Ukrayna şəhərlərini fərq qoymadan atəşə tutmağı dayandırsın”
Tarix: 03-03-2022 21:23 | Bölmə: Manşet

                 “Putinə deyin, Ukrayna şəhərlərini fərq qoymadan atəşə tutmağı dayandırsın”



“Rusiyanın barbar müharibə taktikası özünün vurduğu mülki insanların mərzu qaldığı əzabları manipulyasiya etməkdir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Tvitter səhifəsində yazıb.
“İndi Lavrov (Rusiyanın xarici işlər naziri Sergey Lavrov – red.) Ukraynanı mülki əhalinin təxliyəsinin qarşısını almaqda ittiham edir. Rəhbərinizə deyin ki, Ukrayna şəhərlərini heç bir fərq qoymadan atəşə tutmağı dayandırsın. Dünyaya göstərin ki, Rusiya danışıqlara ciddi yanaşır”, - deyə Kuleba bildirib.



Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər