Bütün xəbərlər
“Türkiyənin Azərbaycana dəstəyi davam edəcək”
Tarix: 26-02-2022 15:45 | Bölmə: Manşet

               “Türkiyənin Azərbaycana dəstəyi davam edəcək”


“Türkiyə Azərbaycanın haqq savaşına dəstək verdi və bu dəstək yenə davam edəcək”. 
“Qafqazinfo” xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə açıqlama verib. 
O, eyni zamanda Ermənistanın Xocalıda törətdiyi soyqırımdan danışıb. Bağçı qeyd edib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda vəhşiliyə imza atıblar. 
“Bu günə qədər də 4000-ə yaxın Azərbaycan vətəndaşı itkin düşüb”,-deyə səfir əlavə edib. 
Bağçı vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə işğalda olan torpaqlarını azad edib və bu işdə Türkiyə Azərbaycana siyasi dəstək verib: “Türkiyə Azərbaycanın haqq savaşına dəstək verdi və bu dəstək yenə davam edəcək. Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik səviyyəsindədir”. 



Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər