Bütün xəbərlər
Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib - Fotolar
Tarix: 24-02-2022 20:38 | Bölmə: Manşet

                 Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib



Bu gün Hərbi Prokurorluqda Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya bildiriblər ki, Hərbi Prokurorluğun inzibati binasında yerləşən və onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində baş tutan tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, deputatlar, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Azərbaycan Vətən Müharibəsi Veteranları, Xocalı Soyqırımını Tanıtma, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai birliklərinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Memorial Soyqırımı Muzeyini ziyarət edən konfrans iştirakçılarına muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Həmçinin Xocalı soyqırımı qurbanları barədə məlumatların əks olunduğu slayd nümayiş etdirilib.














Baxış sayı: 598


Bölməyə aid digər xəbərlər