Bütün xəbərlər
“Ukrayna ordusu düşmənin hücumlarını dayandırıb” - Zelenski
Tarix: 24-02-2022 20:29 | Bölmə: Manşet

                 “Ukrayna ordusu düşmənin hücumlarını dayandırıb”



“Silahlı Qüvvələrimiz Donbassda mükəmməl işlər görür. Ukrayna hərbçiləri düşmənin hücumlarını dayandırıb, əməliyyat fasiləsi yaranıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodmir Zelenski deyib. 
“Xarkov istiqamətində vəziyyət çox çətindir. Qüvvələr şəhəri qorumaq üçün çalışır. Onlar etibarlıdır", - Ukrayna lideri bildirib.
Prezidentin sözlərinə görə, ən problemli vəziyyət cənubdadır.
“Qoşunlarımız Xerson ətrafında şiddətli döyüşlər aparır” Zelenskinin sözlərinə görə, rusiya Ordusu Krımdan Melitopol istiqamətində hərəkət etməyə çalışır.



Baxış sayı: 348


Bölməyə aid digər xəbərlər