Bütün xəbərlər
“Müasir silah, hərbi texnika bundan sonra da alınacaq” - Zakir Həsənov
Tarix: 09-02-2022 14:50 | Bölmə: Manşet

                     “Müasir silah, hərbi texnika bundan sonra da alınacaq”

           
Fevralın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirə məruzə olunub ki, hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təmin edilib. Burada istilik sistemi ilə təchiz edilmiş qərargah binası, yataqxana, ideoloji sinif, xidməti, məişət və silah otaqları, hamam-sanitar qovşağı, yeməkxana, tibb məntəqəsi mövcuddur.
Döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda, Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni tapşırıqlarının icrasına hər an hazır olmalarını bir daha hərbi qulluqçuların diqqətinə çatdıran müdafiə naziri orduda aparılan islahatlar çərçivəsində müasir silah, hərbi texnika və avadanlıqların alınmasının bundan sonra da davam etdiriləcəyini bildirib.
General-polkovnik Z.Həsənov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkəmizin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən də danışıb.
Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.



Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər