20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
“Cənab Prezident, öyrəndim ki, hazırda Xəzər dənizindəki bu potensial qiymətləndirilir”
Tarix: 04-02-2022 21:21 | Bölmə: Manşet
“Bizim tənzimləyici və infrastruktur çərçivəmiz, əslində, qarşıdakı illər ərzində qazın rolunu etiraf edir. Eyni zamanda, biz hidrogen və aşağı karbonlu qazlara keçidi də nəzərdə tuturuq. Biz hesab edirik ki, 2030-cu ilə qədər qaz Avropanın ümumi enerji istehlakının 22 faizini təşkil edəcək. Bu gün enerji qiymətləri artdıqca, geosiyasi gərginlik olduqca Avropada da həmin bu şaxələndirilmənin əhəmiyyətini daha yaxşı anlayırlar”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində təşkil olunan mətbuat konfransında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson söyləyib.
O bildirib ki, təbii qaz təchizatı, o cümlədən maye qaz boru kəmərləri vasitəsilə nəql edilməlidir:
“Qazın öz marşrutumuzla nəqlinə və xalis sıfır karbona keçidə gəldikdə biz bunu təşviq edirik. Biz istərdik ki, bu, həm bizim qonşularımızda olsun, həm də Qərbi Balkanlarda. Bu region üçün aydın bir prioritet var ki, biz kömürdən daha çox dekarbonlaşdırılmış sistemə keçməliyik. Bizim bu gün kömürdən istifadə edən stansiyalarımızın istismar müddəti bitib, onlar artıq standartlara cavab vermir və bu da ətraf mühitə təhlükədir.
Biz çalışırıq ki, enerji biliyimizlə dekarbonlaşma planlarına dəstək verək, bütün region ölkələrinə kömək edək. Hər bir ölkənin enerji sistemində o ölkənin unikallığı nəzərə alınmalıdır. Bu, o deməkdir ki, hər bir ölkənin öz gedəcəyi istiqamət var və qaz ənənəvi, yəni, çirkləndirici enerji mənbələrini əvəz etməlidir.
Qərbi Balkan ölkələrinə gəldikdə, mən onların buradakı təmsilçilərini salamlayıram. Onlar da öz enerji keçidlərinin təmin edilməsi üçün gələcək qaz planlarını tərtib edirlər. Gələn aylar ərzində onların etdikləri seçim bu regionda yeni layihələrə imkan yaradacaqdır. Lakin, həmçinin deməliyəm ki, biz regiona dəstək verdiyimiz zaman onların seçimləri müvafiq olmalıdır. Biz onlarla əhatəli strategiya çərçivəsində əməkdaşlıq edəcəyik ki, daha yaşıl və daha dayanıqlı enerji sistemləri qurulsun və region üçün investisiya planları tərtib edilsin. Cənub Qaz Dəhlizi daha aydın şəkildə bu tənzimləyici kontekstdə oturur və bu gün bazar imkanları əsas hesab olunur.
Bu kontekstdə, biz hesab edirik ki, Trans Enerji Konsorsium tərəfindən həyata keçirilən bu sınaq vacib bir addımdır. 2022-ci ilin iyulunda artıq nəticələri bilinəcək ki, bu da Avropa İttifaqı üçün əhəmiyyətlidir. Bu, elə bir məsələdir ki, biz komissiya çərçivəsində buna diqqət yetiririk. Bütün bu elementlər bu gün müzakirə olunacaq. Cənub Qaz Dəhlizinə gəldikdə, inanıram ki, biz bu gün bunu daha yaxşı anlayacağıq.
İndi isə, icazə verin, təmiz enerjiyə keçidlə bağlı ikinci sessiyamız haqqında danışım. Bu sessiya çərçivəsində vacib məsələlər nəzərdən keçiriləcək. Təmiz enerjiyə keçid yeni imkanlar yarada bilər, yeni gəlir mənbələrini formalaşdıra bilər və bizim sistemlər adi ənənəvi enerji mənbələrindən azad olunar. Bu baxımdan bir neçə mövzu artıq müəyyən edilib. Lakin bizim qarşımızda vahid bir sual dayanır: biz sabit enerji təchizatının təmin edilməsi ilə iqlim neytrallığına necə nail olmalıyıq?
Mən metanın atmosferə atılmalarının azaldılmasının vacibliyini xüsusilə qeyd etmək istəyirəm. İstəyirəm ki, bu, bizim debatlarımızda xüsusi yer tutsun. Çünki iqlimə gəldikdə metan potensial olaraq təhlükəli maddədir və onun ətraf mühitə təsiri sürətlə arta bilər. Bu baxımdan Avropa İttifaqı bu gün məhz innovativ texnologiyalara daha çox sərmayə yatırılmasını vacib hesab edir ki, karbon qazının təsiri azalsın.
Bərpaolunan enerji mənbələrinə gəldikdə, onlar Avropanın uzunmüddətli planlarının təməl daşını təşkil edir. Bu, nəinki bizə dekarbonlaşmanı təmin etməyə, o cümlədən daha böyük bərpaolunan enerji mənbələrinin təmin edilməsinə yardım göstərəcək.
Bizim bilik və təcrübəmiz, bu sahədə atdığımız addımlar tərəfdaşlarımıza açıqdır. Məsələn, Azərbaycandan başlayaq. Hörmətli cənab Prezident, mən maraqla onu öyrəndim ki, hazırda Xəzər dənizindəki bu potensial qiymətləndirilir. Yəni, aydındır ki, həmçinin “Küləklər şəhəri” kimi tanınan Bakıda bu, Azərbaycan üçün çox böyük imkandır.
Avropa, eləcə də növbəti onillik ərzində tam genişmiqyaslı hidrogen bazarının formalaşdırılmasına diqqət yetirir. Biz istərdik ki, güclü hidrogen sənaye sektorumuz olsun. Avropa böyük hidrogen bazarıdır və biz üçüncü ölkələrdən idxala açığıq. Bərpaolunan enerji mənbələrinə, o cümlədən hidrogenə gəldikdə, hesab edirəm ki, regional strateji əməkdaşlıq üçün imkanlar çox genişdir.
Onu da bildirməliyəm ki, biz öz gələcəyimizi karbondan azad gələcək kimi formalaşdırırıq. Bunun üçün Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac var. Biz bu gün fikir mübadiləsi aparmalıyıq ki, qısa və uzun müddətli əməkdaşlığımız necə formalaşdırılmalıdır. Gələcəkdə bizim Məşvərət Şuramız həm də ümumi təmiz enerji məsələlərinin həllində fikir mübadiləsi aparmaq üçün faydalı platformaya çevriləcək”.
Baxış sayı: 320
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.