Bütün xəbərlər
Kiyev Xorvatiya prezidentinin Ukrayna əleyhinə bəyanatlarına görə üzr istəməsini tələb edib
Tarix: 25-01-2022 23:45 | Bölmə: Manşet

Kiyev Xorvatiya prezidentinin Ukrayna əleyhinə bəyanatlarına görə üzr istəməsini tələb edib


Rəsmi Kiyev Xorvatiya prezidentinin Ukrayna əleyhinə bəyanatlarına görə üzr istəməsini tələb edib.
APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Ukrayna Xorvatiya Prezidenti Zoran Milanoviçdən Ukraynanın NATO-ya üzvlüyü və Rusiya Federasiyası ilə sərhəddə yaranmış gərgin vəziyyətdə Ukraynaya yardımın məqsədəuyğun olmaması ilə bağlı bəyanatın açıq şəkildə təkzib edilməsini tələb edir.
Xorvatiyanın Ukraynadakı səfiri Anica Camiç Xarici İşlər Nazirliyinə dəvət edilib və Xorvatiya Prezidenti Zoran Milanoviçin Ukrayna dövlətinə ünvanladığı bugünkü bəyanatlarının qətiyyən qəbuledilməzliyi ilə bağlı mövqe onun diqqətinə çatdırılıb”, - Ukrayna XİN-in bəyanatında bildirilib.



Baxış sayı: 438


Bölməyə aid digər xəbərlər