23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
“Region neqativlərdən yorulub” - Xətibzadə
Tarix: 17-01-2022 22:23 | Bölmə: Manşet

                   “Region neqativlərdən yorulub”


“Tehran qonşu ölkələr - Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasını alqışlayır və bu istiqamətdə səyləri dəstəkləyir”.
“Qafqazinfo” İSNA agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
Diplomatın sözlərinə görə, region “münasibətlərin pozulmasından və mənfi yanaşmalardan yorulub”. Buna əsaslanaraq, indi müsbət gündəmin formalaşmasına yardım etmək lazımdır.
Xatırladaq ki, yanvarın 14-də Moskvada Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü baş tutub. İrəvanı parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç təmsil edib.


Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər