Bütün xəbərlər
Ərdoğandan Ermənistana daha bir çağırış
Tarix: 13-01-2022 23:22 | Bölmə: Manşet

                   Ərdoğandan Ermənistana daha bir çağırış



“Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Cənubi Qafqazda yeni dövrə qədəm qoyduq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşündə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bunun ardınca Türkiyə Ermənistanla münasibətlərinin normallaşması prosesinə başlayıb. O qeyd edib ki, Ermənistanın Azərbaycanla müsbət münasibət qurması əhəmiyyət daşıyır.


Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər