Bütün xəbərlər
Deputatlar Prezidentə təbrik məktubu göndərib
Tarix: 24-12-2021 20:19 | Bölmə: Manşet

                  Deputatlar Prezidentə təbrik məktubu göndərib


Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. 
“Qafqazinfo”nun məlumatına görə, spiker təbrik çıxışında bunları deyib: "Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də inamla həyata keçirilən davamlı islahatlar Azərbaycanın dayanıqlı və dinamik inkişafını təmin edir. Dünyada iqtisadi və maliyyə böhranının yaşandığı,
Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin də modernləşdirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində işlər planlı və ardıcıl şəkildə davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə hər an qadirdir. 
60 illik yubileyi münasibətilə möhtərəm Prezidentimizi təbrik etmək üçün Milli Məclisin deputatları adından təbrik məktubu hazırlanıb. Həmin təbrikdə Azərbaycan dövlətinə uğurla rəhbərlik edən möhtərəm Prezidentimizə bizim ən xoş arzularımız çatdırılıb".


Baxış sayı: 911


Bölməyə aid digər xəbərlər