Bütün xəbərlər
Nazirlik əməkdaşlarına YAP-ın üzvlük vəsiqələri təqdim edildi - Fotolar
Tarix: 23-12-2021 14:32 | Bölmə: Manşet

                   Nazirlik əməkdaşlarına YAP-ın üzvlük vəsiqələri təqdim edildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 143 əməkdaşına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib, daha 107 əməkdaşın üzvlüklə bağlı ərizəsi qəbul edilib.
“Qafqazinfo” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayonu, S.Əsgərova küç., 85 ərazi partiya təşkilatının iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev də iştirak ediblər.
S.Babayev 1992-ci ilin noyabr ayında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğunu vurğulayıb.
Nazir ulu öndər Heydər Əliyevin müdrik siyasətinin 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini, ötən 18 ildə əldə olunan mühüm uğurları, xüsusilə Vətən müharibəsində möhtəşəm Zəfərimizi diqqətə çatdırıb. Həmçinin sosial nailiyyətləri, sosial proqramların əhəmiyyətli dərəcədə genişləndiyini, sosial ödənişlər üzrə xərclərin son 3 ildə 60% və ya 2,4 milyard manat artdığını qeyd edib.
Tədbirdə partiyanın üzvlüyünə qəbul olunan nazirlik əməkdaşları çıxış edib. Ümumilikdə nazirlik sistemində çalışan 143 əməkdaş Partiyaya üzv qəbul olunub, onlara üzvlük vəsiqələri verilib. Daha 107 əməkdaşın YAP-a üzv qəbul  olunmaq üçün ərizələri qəbul edilib.
Nazirlik sistemində çalışan əməkdaşlara Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrini təqdim edilib.



Baxış sayı: 432


Bölməyə aid digər xəbərlər